"Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksi"nə ekskursiya təşkil olundu

23.04.2017-ci il tarixində məktəbin coğrafiya müəllimi Havanisə Əzizovanın rəhbərliyi ilə Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksinə ekskursiya təşkil olundu. Ekskursiya çox maraqlı keçdi. Qalanın nəzdində müxtəlif muzeylər fəaliyyət göstərir. Muzeylərdə sərgilənən ekspanatlar: taxıl, duz üyütmək üçün dəyirman daşı, nalbənd emalatxanası, daş həvəng şagirdlərin xüsusi marağına səbəb oldu. Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksinin nəzdində 2015-ci ildən fəaliyyət göstərən "Tullantıdan Sənətə" muzeyində şagirdləri maraqlandıran suallara cavab verən bələdçi qeyd etdi ki, muzey Heydər Əliyev Fondunun dəstəyi ilə yaranmışdır. Sonra isə Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən Botanika bağında olduq. Bağdakı nadir ağaclar dünyanın müxtəlif yerlərindən gətirilmişdir. Bağda 1802-növ eqzotik və dekorativ bitkilər var. Bələdçi bitkilər, hər bir ağac haqqında şagirdlərə ətraflı məlumat verdi. Şagirdlər ekskursiyadan xoş təəssuratla qayıtdılar.