21.04.2017-ci il tarixində IVc sinfində Süleyman Sani Axundovun "Qorxulu nağıllar" kitabının müzakirəsi keçirildi. Şagirdlər "Əhməd və Məleykə", "Abbas və Zeynəb", "Nurəddin" və "Qaraca qız" əsərlərini səhnələşdirdilər. Şagirdlər obrazları çox gözəl oynadılar. Sonda sinif müəllimi Lətafət Əliyeva elm haqqında hikmətli sözlərlə şagirdlərdə kitaba, biliyə olan həvəsi bir daha möhkəmlətdi.