Şagirdlərin mütaliə vərdişlərini inkişaf etdirmək məqsədilə “Oxu günü-3” layihəsi bu dəfə də IV"a" sinfində tətbiq edildi. 21.04.2017-ci il tarixində IV"a" sinfində Süleyman Sani Axundovun "Qorxulu nağıllar" silsiləsindən "Qaraca qız" və "Nurəddin" əsərləri şagirdlər tərəfindən səhnələşdirildi. Şagirdlər səhnəcikdəki rolları çox sevə-sevə, canlı oyanayırdılar. Sonda təlim-tərbiyə işləri üzrə direktor müavini Bəsti Nəsibova şagirdlərin ifa etdikləri səhnəcikləri yüksək qiymətləndirdi. Şagirdlərə çoxlu kitablar oxuyub mütaliə etməyi tövsiyə etdi.