“Oxu günü-3” layihəsi

Şagirdlərin mütaliə vərdişlərini inkişaf etdirmək məqsədilə “Oxu günü-3” layihəsi bu dəfə də IIIa sinfində tətbiq edildi. 21.04.2017-ci il tarixində layihə çərçivəsində Nizami Gəncəvinin “Kərpickəsən qocanın hekayəti”, Süleyman Sani Axundovun “Qaraca qız”, Cəlil Məmmədquluzadənin “Buz” hekayəsi şagirdlər tərəfindən səhnələşdirildi.Sinif müəllimi Xatirə Məmmədova şagirdlərə insanlar üçün “Əsl dost kitabdır”, “ Kitab insanın şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır”- deyə şagirdlərdə kitaba məhəbbət hissləri aşıladı. Şagirdlər səhnəcikdəki rolları çox sevə-sevə, canlı oyanyırdılar. Onlarda əməyə,dostluğa məhəbbət hissləri daha da möhkəmləndirildi.