Abdulla Şaiqin "Köç" hekayəsini müzakirəsi

Şagirdlərdə mütaliə vərdişlərinin artırılması məqsədi ilə 281 nömrəli tam orta məktəbin Va sinif şagirdləri Abdulla Şaiqin "Köç" hekayəsini müzakirə etdilər. Əsərdə yurdumuzun təbiəti, yaylaq həyatı, zəhmət adamlarından söz açılır. Natavan müəllimə izah etdi ki, təbiətin, heyvanlar aləminin sirlərini hər adam anlaya bilməz. Yalnız təbiətin qoynunda yaşayan, onu sevən, qayğısına qalan insanlar, bu sirrə bələd ola bilər. Kərim babanın qızılla bağlı danışdığı əhvalat şagirdlərdə təbiətə qarşı məhəbbət oyatdı. Dərsin sonunda Natavan müəllimə şagirdlərə təbiəti, heyvanları sevməyi və onlar haqqında kitablar hekayələr oxumağı tövsiyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi