“Tom Soyerin macaraları” və “Şahzadə və dilənçi” əsərlərinin müzakirəsi
Məktəbimizdə “Oxu günü-3” lahiyəsi davam edir. Məktəbin ədəbiyyat müəllimi Səbinə Hüseynovanın rəhbərliyi ilə Vb sinif şagirdləri Amerika yazıçısı tənqidi-realizmin banilərindən Mark Tvenin “Tom Soyerin macaraları” və “Şahzadə və dilənçi” əsərlərinin müzakirəsi keçirdilər. Hər iki əsər şagirdlərin çox böyük marağına səbəb oldu. Çünki həmin əsərlərdə uşaq qəlbinə məxsus həssaslıq, səmimiyyət, ürəyiaçıqlıq, dostluq kimi mənəvi-əxlaqi sifətlər əks olunmuşdur. Sonda Səbinə müəllimə yaşadığımız cəmiyyətdə insanpərvərlik hissinin aşılanmasında belə əsərlərin şagirdlərə böyük təsir göstərdiyini, gələcəkdə bir insan kimi formalaşmasında həmin mənəvi-əxlaqi dəyərlərin böyük olduğunu bildirdi.