Şagirdlərin mütaliə vərdişlərini inkişaf etdirmək məqsədi ilə “Oxu günü 3” layihəsi bu dəfə də IIIe sinifində tətbiq edildi. 18.04.2017-ci il tarixində layihə çərçivəsində S.S.Axundovun,C.Məmmədquluzadə və N.Gəncəvənin yaradıcılığına müraciət olundu. Sonra isə “Kərpickəsən qocanın hekayəti” şagirdlər tərəfindən səhnələşdirildi. Sinif müəllimi Fənurə Mühacirova və direktor müavini Bəsti Nəsibova əməyə aid sual-cavab apardı.Şagirdlərin fəallığı onları qane etdi.