Abdulla Şaiqin “Köç”, “Anabacı” və “Məktub yetişmədi” hekayələrinin müzakirəsi

17.04.2017- ci il tarixində 281 №-li tam orta məktəbin V ə sinif şagirdləri ədəbiyyat müəllimi Xalidə Sadıqovanın rəhbərliyi ilə Abdulla Şaiqin “Köç”, “Anabacı” və “Məktub yetişmədi” hekayələrinin müzakirəsini keçirdilər. Hekayələrdə mövzu müxtəlif olsa da, məqsəd şagirdlərdə mütaliə vərdişləri aşılamaq idi.Şagirdlər bu hekayələrdə həm vətənimizin gözəliyinin, həm insan psixologiyasının təzahüründən danışdılar. ”Məktub yetişmədi” hekayəsindəki Qurban obrazı onun ailəsinin faciəsi şagirdlərə daha çox təsir etdi. ”Anabacı“ hekayəsində Anabacı obrazının timsalında insan mənəviyyətinin əvəzolunmaz olduğunu vurğuladılar. Sonda Xalidə Sadıqova uşaqlara tövsiyə etdi ki, az bildiyinizi başa düşmək üçün daha çox oxuyun. Kitablar özünüzə və başqalarına hörməti sizə öyrədəcək, ürəyinizi dünya və insanlıq sevgisi ilə dolduracaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi