"Həyat eşqi" hekayəsinin müzakirəsi

281 №-li tam orta məktəbdə şagirdlərdə mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər davam edir. Bu dəfə məktəbimizin kitabxanaçıları Səyyarə Əlixanova və Nazilə Həsənova VIf şagidləri ilə birlikdə 17.04.2017-ci il tarixində Cek Londonun "Həyat eşqi" hekayəsinin müzakirəsini keçirdilər. Əvvəlcə şagirdlərdən Elvin Məhərrəmov C.Londonun həyat və yaradıcılığı ilə bağlı təqdimatını təqdim etdi. Cek Londonun "Həyat eşqi" və "Marten İden" romanlarında yazıçının özünün həyatı haqqında maraqlı məlumatların olduğunu söylədi. Sonra isə “Həyat eşqi” hekayəsində həyat,yaşamaq uğurunda sona qədər mücadilə edən yolçunun iradəsindən, dözümlü olmasından danışdılar. Nihad Xancarlı əsərdəki dostluq münasibətlərindən danışaraq, qeyd etdi ki,nə olur olsun,insan öz dostunu,yoldaşını çətin vəziyyətdə tək qoymamalıdır.Sonda Səyyarə Əlixanova insan həyatında mütailənin rolunun böyük olduğunu söylədi.Nazilə Həsənova “Həyat eşqi” hekayəsinin tərbiyəvi əhəmiyyətindən danışaraq qeyd etdi ki,kitabxana bir dəryadır. Hər bir əsər bu dəryadan bir damladır. Kitabxanaya tez-tez gəlin.