“Azərbaycan mənim vətənimdir” mövzusunda "Dəyirmi masa"
281 nömrəli tam orta məktəbdə aprel ayında “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusunda keçirilən tədbirlərin davamı olaraq məktəbin coğrafiya müəllimi Tovuz Quliyeva VIII siniflərlə “Azərbaycan mənim vətənimdir” mövzusunda dəyirmi masa keçirdi. Şagirdlər Azərbaycanın coğrafi mövqeyi, təbii sərvətləri və iqtisadiyyatı haqqında biliklərini və mövzuya aid təqdimatını nümayiş etdirdilər. Təlim-tərbiyə işləri üzrə direktor müavini İlham Kazımov və coğrafiya müəllimi Havanisə Əzizova şagirdlərin çıxışlarına münasibət bildirdilər. Müəllimə şagirdlərin mövzuya yaradıcı yanaşması ilə bağlı münasibətini xüsusi ilə qeyd etdi.