"Qayçı", "Dilarə" və "Buz heykəli" hekayələrinin müzakirəsi

V e sinif şagirdləri dil-ədəbiyyat müəllimi Leyla Ramazanovanın rəhbərliyi ilə ilə Tağı Şahbazinin "Qayçı", C.Cabbarlının "Dilarə" və Ə.Məmmədxanlının "Buz heykəli" hekayələrini müzakirə etdilər. İlk hekayədə keçən əsərin əvvəllərində mənfur qonşularımız tərəfindən Zəngəzurdan qaçqın salınmış balaca Məmmədin ağır həyatı, günahı olmadan onun şikəst edilməsindən, ikinci hekayədə isə qızını oxutmaq istəyən yoxsul Bəşirin arzularının puç olmasından şagirdlər məlumat verdilər. Hər iki hekayədə keçmişdə uşaqların acı taleyindən söhbət getdiyi vurğulandı. "Buz heykəl" hekayəsində isə müharibə vaxtı ana öz həyatı bahasına övladını xilas edir, yəni "bəşəriyyətin gələcəyi xilas olunur" fikri açıqlandı. Sonda Leyla müəllimə mövzunu yekunlaşdırdı və şagirdlərə çoxlu bədii əsər oxumağı tövsiyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi