“Qorxulu nağıllar”a daxıl olan hekayələrin müzakirəsi

13.04.2017-ci il tarixində 4e sinfində şagirdlərin bədii ədəbiyyata, mütaliəyə həvəsini daha da artırmaq və inkişaf etdirmək məqsədi ilə “Oxu günü-3” çərçivəsində “Qorxulu nağıllar”a daxıl olan hekayələrin müzakirəsi keçirildi. Elazər müəllimə giriş sözü ilə S.S.Axundovun yaradıcılığı və onun “Qorxulu nağıllar” kitabı haqqında məlumat verdi. Sonra şagirdlər bu nağıllardakı maraqlı obrazlar və onların taleyi ilə bağlı fikirlərini bölüşdülər. Şagirdlər bildirdilər ki, nağıllardakı uşaqların taleyi onların qəlbini ağrıtdı, xüsusilə Abbas və Zeynəbin faciəsindən daha çox sarsıldılar. Buna görə də hekayəni səhnələşdirib canlı yaşamaq istədilər. Şagirdlərin maraqlı və canlı oyunu sinif yoldaşları, müəllimləri və qonaları kövrəltdi. Sonda şagirdlər əsərin aktuallığından, vətənimizin erməni işğalçıları tərəfindən təcavüzə məruz qalmasından danışdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi