“Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusunda növbəti "Dəyirmi masa"

281 nömrəli tam orta məktəbin biologiya müəllimi Faqət Nəsibova 13.04.2017-ci il tarixində 6f sinfində “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusunda dəyirmi masa keçirdi. Bu dəyirmi masada şagirdlər milli sərvətimiz olan Xəzər dənizi və onun flora və faunası haqqında hazırladıqları təqdimatları nümayiş etdirdilər. Onlar Xəzər dənizində yaşayan müxtəlif balıq növləri və Xəzər suitisi haqqında bir-birindən maraqlı məlumatlar verdilər. Hətta onların qorunması barədə müstəqil fikirlər söylədilər. Şagirdlərdən Məhərrəmov Elvinin hazırladığı təqdimat həm müəllim, həm də şagirdlər tərəfindən xüsusilə bəyənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi