"Azərbaycanın sərvətləri və biomüxtəlifliyi" mövzusu üzrə tətqiqat işi
12.04.2017-ci il tarixində 281 nömrəli tam orta məktəbin “Kiçik Akademiya üzvləri” Azərbaycanın sərvətləri və biomüxtəlifliyi mövzusu üzrə tətqiqat işləri apardılar. Kiçik tədqiqatçılar yaşadıqları Hövsan qəsəbəsinin tarixi və coğrafiyası haqqında müxtəlif maraqlı məlumatlar əldə etdilər. Hövsanın təbii nemətlərindən biri olan məşhur “Hövsan soğanı”-nın necə əkilib-becərildiyi barədə və əhəmiyyəti haqqında kənd camaatından maraqlı bilgilər topladılar.