"Sirlər xəzinəsi"nə açar

“Oxu günü-3” layihəsi çərçivəsində mütaliə günləri davam edir. Bu layihənin davamı olaraq 12.04.2017-ci il tarixində Vc sinif şagirdləri N.Gəncəvinin “Sirlər xəzinəsi” poemasını müzakirə etdilər. İlk olaraq şagirdlər Nizami Gəncəvi yaradıcılığı və onun “Xəmsə”si haqqında məlumat verdilər. “Sirlər xəzinəs”ində olan “Süleyman peyğəmbər və əkinçi”, “Kərpickəsən kişinin dastanı”, “Firudin şahın ceyran ovu”, “Ovcu ilə itin və tülkünün hekayəti” , “Yaralı cocuğun dastanı”, “Çəkişən iki filosof” və.s hekayətləri və onların tərbiyəvi təsirindən danışdılar. “ Zalım şahla düzdanışan qocanın dastanı”nı səhnələşdirən uşaqlar ədalətin, həqiqət və doğruluğun cəmiyyət ücün necə dəyərli amil oldugunu təsdiqlədilər. Sonda Zərövşən müəllim mütalıənin insan düşüncəsinin formalaşmasina təsirindən danışdı və müdriklərdən bir nümunə ilə müzakirəni bitir. “Məndə olan ən yaxşı cəhətlərə görə kitablara borcluyam”.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi