C.Məmmədquluzadənin “Buz”, ”Saqqalı uşaq”, ”İki alma”, ”Yan tütəyi” və s. hekayələrin müzakirəsi

10.04.2017-ci il tarixində V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin tarixində VIIIə sinif şagirdləri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səbinə Əliyevanın rəhbərliyi ilə C.Məmmədquluzadənin “Buz”, ”Saqqalı uşaq”, ”İki alma”, ”Yan tütəyi” və s. hekayələrin müzakirəsini keçirdilər. Əvvəlcə şagirdlər hekayədə baş verən hadisələrdən maraqlı epizotlar danışdılar və bu hekayələrdə yazıçının yumordan istifadə edərək, insanlardakı çatışmayan cəhətləri göstərdiyini vurğuladılar. ”Saqqallı uşaq” hekayəsi onların daha çox xoşuna gəldi. Onlar qeyd etdi ki, yazıçının dövründə savadsızlıq , cahitlik insanları gülünc vəziyyətə salırmış. Onlar göstərdilər ki, yazıçının əsərlərində satirik gülüşlə yanaşı, göz yaşı və müsibət də vardır.Bu iki xüsusiyyət onlarda vəhdət təşkil edir. Müzakirədə şagirdlərdən Aysu İsmayılzadə, Cahid Dosiyev, Kənan Sarızadə, Vaqif Tağıyev, Şəbnəm Ramazanova, Əziz Ağayev və başqaları fəal iştirak etdilər. Sevda müəllimə nəticədə bugün ölkəmizdə təhsilin inkişafına xüsusi önəm verildiyini, uşaqların savadlı, ağıllı, intellektual olduqlarını qeyd etdi
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi