"Lələtəpə qürur yerimizdir" adlı tədbir

07.04.2017-ci il tarixində 281 nömrəli tam orta məktəbdə Aprel qəhrəmanlarına həsr edilmiş "Lələtəpə qürur yerimizdir" adlı tədbir keçirildi. Məktəb direktoru Gülşən xanım Əliyeva tədbiri giriş sözü ilə açıq elan edərək Aprel döyüşçülərinin qəhrəmlığından, onların vətənə, torpağa olan sevgisindən danışdı. Tədbirə yüksək səviyyədə hazırlaşan şagirdlər əllərində üçrəngli bayrağımızla, "Şəhidlər ölməz, vətən bölünməz", "Lələtəpə qürur yerimizdir", "Qarabağ Azərbaycanındır", "Ordumuz qürurumuzdur" və s.başlıqlı şuarlarla tədbirə rəng qatdılar. Sultanova Sənubər və Namazzadə Nigar Aprel döyüşçüləri haqqında geniş məlumat verdilər. GÇH rəhbəri ehtiyatda olan baş leytenant Verdiyev Köçəri çıxışında ordumuzun gücündən Ali baş komandanın hərbi qulluqçulara göstərdiyi qayısından danışdı. Sonra Bağırova Şəbnəmin ifasında şəhid əsgərin anasına yazdığı məktub səsləndi. Tədbir "Azərbaycan əsgəri" marşının sədaları altında hərbi geyimli şagirdlərin təntənəli yürüşü ilə başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi