"Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi" mövzusunda "Dəyirmi masa"

06.04.2017-ci il tarixində 281 nömrəli tam orta məktəbdə VIIç sinfində biologiya müəllimi Faqət Nəsibova "Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi" mövzusunda dəyirmi masa keçirdi. Mövzuya keçməzdən əvvəl, aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Vətən oğullarının ruhu bir dəqiqəlik sükutla yad edildi və daha sonra onlara həsr olunmuş video çarx nümayiş olundu. Ardınca N.Nuranə, A.Fuad, Ə. İbrahim hazırladıqları materiallar əsasında fikir mübadiləsi etdilər. Şagirdlər öz təqdimatlarında Azərbaycanın təbiəti, onun gözəllikləri, təbii sərvətləri və onların qorunması ilə bağlı geniş məlumat verdilər.