“Qorxulu nağıllar” uşaqların gözü ilə

Məktəbimizdə şagirdlərin mütaliyə həvəsini daha da artırmaq, eyni zamanda bu vərdişləri inkişaf etdirmək məqsədi ilə “ Oxu günü-3” layihəsi davam edir. Bu layihənin davamı olaraq 06.04.2017-ci il tarixində 5f sinfində S.S.Axundovun “Qorxulu nağıllar”ina daxil olan hekayələrlə bağlı dəyirmi masa keçirildi. Əvvəlcə uşaqlar S.S.Axundov və onun yaradıcılığı haqqında məlumat verdilər. Bu nağıllarda acınacaqlı uşaq talelərinin bədii dillə necə ustalıqla təsvirindən danışdılar. “Qaraca qız” filminə baxıb, “Əhməd və Məleykə”ni səhnələşdirən uşaqlar Abbas və Zeynəbin, Nurəddinin, Əşrəfin simasında kimsəsiz, taleyin hökmünə buraxılan, son anda pisliklərə qarşı mübarizədə yalnız qalmayan yaşıdları ilə tanış oldular. Zərövşən müəllim mütaliə və onun insan düşüncəsində rolundan danışaraq uşaqlara tövsiyə etdi ki, çoxlu kitablar oxusunlar. Məktəbin kitabxanaçıları Nazilə və Səyyarə xanım bildirdilər ki, onlara bu işdə həmişə kömək etməyə hazırdılar.