281 saylı tam orta məktəbdə “Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi” mövzusunda müxtəlif tədbirlər keçirilir. Bu məqsədlə müxtəlif siniflərdə hazırlıq işləri aparılır. 06.04.2017-ci il tarixində dünyanın 8-ci möcüzəsi adlandırılan “Neft daşları” əfsanəvi dəniz şəhəri, yurdumuzu dünyaya tanıdan unikal məkanlardan biridir" mövzusunda təqdimat keçirildi. Neft daşlarının 1999-cu ildə keçirilmiş 50 illik yubileyində ümummilli liderimiz H.Əliyev dəniz neftçilərinə ünvanlandığı təbrikdə Neft daşlarını “XX əsrdən XXI əsrə atılmış bir körpü” adlandırmaqla bu dəniz şəhərinin gələcəyinə inamını ifadə etmişdir. VII b sinif şagirdlərindən H.Hikmət, M.Mirtofiqin məlumatları xüsusi marağına səbəb oldu. IX b sinif şagirdi G.Azərin hazırladığı neft buruğu maketi, Xe sinif şagirdləri M.Ayhan və Ə.Eltac çəkdikləri şəkillər nümayiş etdirildi.