“Qorxulu nağıllar” silsiləsində hekayələrin müzakirəsi

04.04.2017–ci il tarixində və sinif şagirdləri dil-ədəbiyyat müəllimi Xalidə Sadıqovanın rəhbərliyi ilə S.S.Axundovun “Qorxulu nağıllar” silsiləsinə daxil olan “Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, ”Nurəddin”, ”Qaraca qız” və “Əşrəf” hekayələrinin müzakirəsini keçirdilər. Əvvəlcə uşaqlar şifahi xalq ədəbiyyatının nağıl janrı ilə bu hekayələrin oxşar və fərqli cəhətlərindən danışdılar. Sonra isə bu hekayələrdə valideynlərini itirmiş uşaqların acı talehindən söhbət açdılar. Əslində hekayədəki hadisələrdən danışanda bu “nağılların” uşaqlar üçün, həqiqətən, qorxulu olduğunu söyləsələr də, burada həyat həqiqətlərinin, həyatın işıqlı və qaranlıq tərəfinin, xeyirxahlıq və ədavətin uşaqların teleyinə necə təsir etməsindən danışdılar. Bu hekayə qəhrəmanlarından Qaraca qızın, Əşrəfin, Abbasın, Zeynəbin taleyinə acıdıqlarını vurğuladılar. “Abbas və Zeynəb” hekayəsindəki balaca qəhrəmanların faciəli ölümü uşaqlara daha çox təsir etdi. Onlar həmin hekayəni ermənlərin vəhşicəsinə uşaqlarımızı,körpələrimizi necə qətlə yetirmələri ilə müqayisə etdilər. Sonda isə Xalidə müəllimə bədii əsərlərin həyat hadisələri əsasında yazıldığını vurğulayaraq şagirdlərə daha çox bədii əsər oxumağı tövsiyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi