“Güc birlikdədir” mövzusunda "Açıq dərs"

04.04.2017-ci il tarixində V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin 3d sinif müəllimi Aidə Abbasova tərəfindən Azərbaycan dili fənnindən “Güc birlikdədir” mövzusunda açıq dərs keçirildi. Müəllim dərsdə İKT-in imkanlarından yüksək səviyyədə istifadə etdi. Motivasiya zamanı birliyə aid olan videoçarx göstərdi və şagird təfəkkürünü inkişaf etdirərək,yeni dərsin adını şagirdlərdən aldı. Tədqiqat sualı problemin açılmasında bir “açar” rolu oynayaraq,şagirdləri ”Güc nə üçün birlikdədir”? sualı ətrafındakı axtarışa sövq etdi. Şagirdlər yeni mövzunu səhnəcik şəkilində göstərdilər.”Güc birlikdədir”,”El bir olsa,dağ oynadar yerindən”,”Tək əldən səs çıxmaz”-deyə dərsin tərbiyəvi cəhəti şagirdlərə çatdırıldı.Riyaziyyat fənni ilə əlaqələndirərək misalların cavabında “Qarabağ”sözü alındı. Şagirdlərdə vətənpərvərlik hissləri aşılandı.Sonda aprel ayı hansı hadisələlərlə yadda qaldığı yada salındı və müəllim tərəfindən hazırlanan videoçarx nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi