Heyvanları qoruyaq-Dünyamızı qoruyaq.

    Heyvanlarla bağlı mətnlər uşaqlarda bir başqa maraq oyadır. Xüsusən də, vəhşi heyvanların görünüşü, yaşayış tərzi, qidalanması və çoxalması ilə bağlı çox suallar verirlər. Onları daha yaxından tanımaq üçün məktəbin ibtidai sinif müəllimi Günel Rüstəmovanın rəhbərliyi ilə 2 f sinfi Bakı Zooloji Parkında oldu. Heyvanları yaxından görmək, onları izləmək uşaqları həm həyəcanlandırdı, həm də çox sevindirdi. Onlar haqqında bir çox vacib biliklər əldə etdilər.

    Başa düşdülər ki, heyvanları incitmək olmaz. Təbiətdəki canlıları sevmək, onlara qayğı göstərmək lazımdır. Onları qorumaq bizim borcumuzdur, çünki heyvanları qorumaq təbiətimizi, dünyamızı və həyatımızı qorumaq deməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi