"Beynəlxalq Ailə Günü" nə həsr olunmuş psixoloji iş

    1994-cü ildən 15 may tarixi dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir.

    Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayıb. Bu münasibət indi də dövlət başçımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Ölkəmizdə ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, şagirdlərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği, uşaqlarda ailə dəyərlərinin formalaşması məqsədi ilə məktəbin psixoloqu Səbinə Əzimova və sinif rəhbəri Gülşən Şəfiyeva psixomaarifləndirici iş istiqamətində 15 may Beynəlxalq Ailə Günü münasibəti ilə 1 ci sinif şagirdləri ilə psixoloji iş təşkil etdilər. Şagirdlərə ailə dəyərlərinin təməli, ailə üzvləri arasında olan münasibət, dövlətimizin ailə dəyərlərinə olan diqqəti haqqında geniş məlumat verildi. Şagirdlər öz ailə üzvlərindən ibarət “ailə ağacı“ düzəltd, şeirlər səsləndirdi, ailə üzvlərinin onlar üçün olan yeri və dəyəri haqqında fikirlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi