"Dəyərlərimiz bədii ədəbiyyatda"adlı oxucu konfransi

Milli mənəvi dəyərlərin qorunması və təbliği hər birimizin həm dövlətçilik həm də vətəndaşlıq borcudur. Bu məqsədlə kitabxanamizda "Dəyərlərimiz bədii ədəbiyyatda"adlı oxucu konfransi keçirildi. Konfransın əsas məqsədi milli mənəvi dəyərlərin Azərbaycan bədii ədəbiyyatında necə əks olunduğunu şagirdlərə çatdırmaq, onların bu əsərlərdəki əxlaqi və insanı mesajları dərk etməsinə dəstək olmaq idi. Konfrans zamanı klassik və müasir Azərbaycan ədəbiyyatından seçilmiş nümunələr əsasında müzakirə aparıldı. Kitabxanada milli mənəvi dəyərlərə həsr olunmuş guşə nümayiş olundu. Kitabxanaçılar mövzu ilə bağlı maraqlı məlumatlar verdilər. Konfransda iştirak edən məktəbin Azərbaycan dil və ədəbiyyat müəllimi Nərmin Novruzlu və 5 g sinifi ilə maraqlı fikir mübadiləsi oldu.