"Ulu Ondərin ömür yolu" adlı “Təşkilat saatı”

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aynurə Əliyevanın təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş"Ulu Ondərin ömür yolu" adlı“Təşkilat saatı” keçirildi.
Şagirdlərə Heydər Əliyevin dövlətçiliyin möhkəmləndirilməsi, ordu quruculuğu, milli kadr hazırlığı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli mənəvi dəyərlərimizin təbliği və qorunması sahəsində həyata keçirdiyi genişmiqyaslı tədbirlər barədə ətraflı məlumat verildi, müzakirələr aparıldı.