03.04.2017-ci il tarixdə Aprel döyüşlərində şəhid olmuş qəhrəmanlarımızın xatirəsi 4a,4ə,3c,3b,3d siniflərində yad edildi. Şagirdlər əvvəlcə şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra isə vətənpərvər ruhlu şeirlər söylədilər və səhnəciklər nümayiş etdirdilər. 3c sinfinin təşkil etdiyi “Ananın öyüdü” səhnəciyində əsgər gedən oğullara bütün anaların nəsihəti ifadə edildi. Anım mərasiminin keçirilməsində əsas məqsəd şagirdlərə vətənpərvərlik və düşmənə qarşı nifrət hissi aşılamaq idi. Tədbirə yekun vuran təlim-tərbiyə işləri üzrə direktor müavini Bəsti Nəsibova balalarımıza Vətənə məhəbbət hissi ilə böyüməyə tövsiyə etdi.