Məktəbimizdə şagirdlərin mütailəyə həvəsini daha da gücləndirmək və mütaliə vərdişlərini inkişaf etdirmək məqsədi ilə "Oxu günü-3" layihəsi start götürdü. 03.04.2017-ci il tarixində məktəbimizin VIf sinif şagirdləri Xalidə Sadıqovanın rəhbərliyi ilə N.Gəncəvinin "Sirlər xəzinəsi" əsərinin müzakirəsini keçirdilər. Şagirdlər əsərdə qaldırılan problemlərə toxunaraq həmin problemlərlə bağlı olan hekayələrdəki fikrə münasibət bildirdilər. Hər bir məzmun hekayədə ifadə olunan tərbiyəvi fikirlər şagirdlərin çox xoşuna gəldi. Bəzi uşaqlar isə hekayələrdən əzbərlədikləri nümunələri söylədilər. Məktəbimizin kitabxanaçıları Səyyarə Əlixanova, Nazilə Həsənova müzakirələrdə iştirak edərək şagirdlərə öz tövsiyələrini verdilər.