“2 Aprel-Beynəlxalq Uşaq Kitab Günü” mövzusunda "Açıq dərs"

03.04.2017-ci il tarixində V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Zemfira Rüstəmovanın 2ç sinifində “2 Aprel-Beynəlxalq Uşaq Kitab Günü” mövzusunda açıq dərsi oldu.Dərs təqdimat formasında keçirildi. Bu gün haqqında geniş məlumat verən Zemfira Rüstəmova qeyd etdi ki, xalqın sabahı, xoşbəxt gələcəyi naminə balalarımızın mükəmməl tərbiyə alıb böyüməsində ən güclü təsir qüvvələrindən biri də kitablardır. Uşaqlar çox kitab oxuduqca onlıarın yaddaş xəzinəsinə yeni-yeni qiymətli incilər daxil olur. Burada məqsəd uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevginin daha da möhkəmləndirməkdir. Dərsdə şagirdlər kitab haqqında şeirlər, kəlamlar, tapmacalar söyləmiş, nağıl qəhrəmanlarının obrazlarının canlandırmışlar. Onlar oxuduqları kitablar haqqında təqdimat hazılamış, kitab sərgisi düzəltmiş, çəkdikləri rəsmləri nümayiş etdirmişlər. Bəli, doğurdan da, kitab təfəkkürün qanadlarıdır.