“7-dən 17-yə vətənpərvər” layihəsi uğurla həyata keçirildi

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ülviyyə Əhmədova tərəfindən 5 Ə sinfində “7-dən 17-yə vətənpərvər” layihəsi uğurla həyata keçirildi. Layihənin əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu gücləndirmək, onları milli-mənəvi dəyərlərə hörmət ruhunda yetişdirmək olub. Layihə çərçivəsində şagirdlər Azərbaycanın müxtəlif bölgələrinə aid dəyərləri araşdırıb və topladıqları məlumatları yaradıcı şəkildə divar kağızları şəklində hazırlayıblar. Həmin divar kağızlarında bölgələrin tarixi, mədəniyyəti, adət-ənənələri və tanınmış şəxsiyyətləri əks olunub.
Bu fəaliyyət həm şagirdlərin yaradıcılıq bacarıqlarının inkişafına, həm də onların milli-mənəvi dəyərlər barədə biliklərinin artmasına xidmət edib.