“Mən Fəxr edirəm ki, Azərbaycanlıyam” başlıqlı Divar qəzeti

    Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü tamam olur. Böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş Ulu Öndər Heydər Əliyev özünün siyasi fəhmi və müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaratmış və Ümummilli Lider zirvəsinə yüksəlmişdir. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Xətayi Məmmədovanın rəhbərlik etdiyi 5 F sinif şagirdləri Ulu Öndərin doğum gününə həsr edilmiş  “Mən Fəxr edirəm ki, Azərbaycanlıyam” başlığı altında divar qəzetinin növbəti sayını hazırladılar. Divar qəzetinin hazırlanmasında şagirdlərdən İdrisova Sirin, Əliyeva Mehin, Məmmədli Fatimə, Güvəndikzadə Selcan, İmanov Vidadi, Mustafayev Əli iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi