Beynəlxalq Şagird Qiymətləndirilməsində İştirak edəcək şagirdlərlə görüş keçirildi

29.04.2025-ci il tarixində-PISA Beynəlxalq Şagird Qiymətləndirilməsində İştirak edəcək məktəbin 2009-cu il təvvəlüdlü şagirdləri ilə məktəb rəhbərliyinin və fənn müəllimlərinin birgə iştirakı ilə görüş keçirildi. Məktəb direktoru bildirdi ki, Respublikamızın Beynəlxalq Şagird Qiymətləndirilməsində uğur əldə etməsində siz şagirdlərin böyük rolu olacaqdır. Şagirdlərə Beynəlxalq Şagird Qiymətləndirilməsi haqqında geniş məlumat verildi, onları maraqlandıran suallar cavablandırıldı.