“Dünəndən bu günə türk mədəniyyətləri və qədim adət-ənənələri” mövzusunda xüsusi dərs

    Məktəbin 7a sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat müəllimi Ülviyyə Əhmədovanın rəhbərliyi ilə “Dünəndən bu günə türk mədəniyyətləri və qədim adət-ənənələri” mövzusunda xüsusi dərs-tədqiqat layihəsi həyata keçiriblər. Layihə ədəbiyyat dərsi çərçivəsində təşkil olunub və məqsədi şagirdlərin həm ədəbi biliklərini, həm də tarixi-mədəni dünyagörüşünü genişləndirmək olub. Dərs zamanı şagirdlər qədim türk ədəbiyyatının ilkin nümunələri – Orxan-Yenisey yazıları, dastanlar (Oğuznamələr, Alp Ər Tonqa haqqında rəvayətlər və s.) və bu mətnlərin türk dünyasının tarixindəki yeri barədə araşdırmalar aparıblar. Onlar qədim türk xaqanlıqları, bayraqlar, simvollar və dövlətçilik ənənələri haqqında topladıqları məlumatları təqdim edərək ədəbiyyatla tarixin necə sıx bağlı olduğunu nümayiş etdiriblər. Tədbirin xüsusi bölməsində Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı ilə bağlı çıxışları və türk dövlətləri ilə əməkdaşlıq siyasəti müzakirə olunub. Şagirdlər bu gün türk dünyası arasında qurulan mədəni və siyasi əlaqələrin qədimdən gələn ortaq dəyərlər üzərində qurulduğunu vurğulayıblar. Bundan əlavə, dərsdə türk xalqlarına məxsus adət-ənənələr –milli geyimlər, toy və ailə adətləri, eləcə də qonaqpərvərlik kimi mövzular bədii nümunələrlə əlaqələndirilib. Şagirdlər divar kağızları, təqdimatlar və ədəbi nümunələr vasitəsilə bu mədəni elementləri canlandırıblar. Ədəbiyyat dərsi çərçivəsində keçirilən bu tədbir, şagirdlərdə milli-mədəni kimliyi, ortaq ədəbi irsi və tarixi keçmişi dərk etmək baxımından olduqca faydalı və maarifləndirici olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi