"Qəlbimdə ana, ruhumda vətən" adlı tədbir

Məktəbin ibtidai sinif müəllimi Nailə Rəhimova rəhbərlik etdiyi 4 Ə sinif şagirdlərinin iştirakı ilə "Qəlbimdə ana, ruhumda vətən" adlı tədbir keçirtdi. Tədbirdə 44 günlük Il Qarabağ döyüşlərinə, anaya qarşı hörmət və sevgi münasibətlərinə, doğma dilimizə, sülhə həsr olunmuş səhnəciklər nümayiş etdirildi, şeirlər söylənildi. Şagirdlər çətin anlarda öz haqqlarını qorumağın bəzi yollarını səhnəciklərdə göstərdilər. Sonda məktəbin direktoru Dadaş Əliyev və TTİ üzrə direktor müavinləri Arzu Əliyeva, Gültəkin Axundova, Bəsti Nəsibova çıxış edərək öz ürək sözlərini və arzularını uşaqlara bildirdilər, addımlayacaqları yeni yolda onlara uğurlar dilədilər.