"23 Aprel Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü"nə həsr olunmuş “Dəyirmi masa”

23 Aprel Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü münasibətilə kitabxanada “Dəyirmi masa” təşkil olundu. Tədbirdə 7G sinifinin şagirdləri, məktəbin Azərbaycan dil və ədəbiyyat müəllimi Nərmin Novruzlu iştirak etdi. Şagirdlər oxuduqları kitablar haqqında məlumat verdilər. Oxuma mədəniyyəti, müəllif hüquqları, gənclərin oxu vərdişləri haqqında fikir mübadiləsi aparıldı. Görüş zamanı kitabxana müdiri Nuridə Quliyeva müəllif hüquqlarının qorunması,kitabın insan həyatında rolu və müəllif əməyinin dəyərini vurğuladı.İstirakçilar belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd etdilər.