PISA 2025- qiymətləndirmə tədqiqatında iştirak üçün seçilmiş şagirdlərlə görüş keçirildi.

    PISA 2025 (Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram) qiymətləndirmə tədqiqatında iştirak üçün seçilmiş məktəblərin şagirdləri ilə müxtəlif regionlarda Təhsil İnstitutunun və regional təhsil idarələrinin əməkdaşlarının iştirakı ilə görüşlər təşkil olunur. Görüşlərin əsas məqsədi şagirdlərin PISA qiymətləndirməsi barədə məlumatlılığının artırılması, onların qiymətləndirməyə münasibətinin öyrənilməsi və imtahan prosesinə dair aydın təsəvvürün formalaşdırılmasıdır. Şagirdlərə bu qiymətləndirmənin yalnız nəzəri biliklərin yoxlanmasına deyil, həmin biliklərin gündəlik həyat şəraitində tətbiqinə əsaslandığı xüsusi vurğulanıb. Eyni zamanda PISA-nın kompüter əsaslı qiymətləndirmə formatı, iştirak qaydaları və texniki prosedurları barədə də ətraflı məlumat verilib.Görüş interaktiv formada həyata keçirildi, şagirdlərin fikirləri dinlənildi, onları maraqlandıran suallar cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi