”Dəyərlərə hörmət” adlı təqdimat

Milli mənəvi dəyərləri qorumaq, onlara hörmətlə yanaşmaq hər birimizin borcudur. Bu borc hələ uşaqlıqdan formalaşmalı və həyatımızın ən önəmli amillərindən biri olduğu təlqin edilməlidir. Böyüyə hörmət, dosta sadiqlik, ailə dəyərləri, torpaq, yurd sevgisi - bütün bunlar bizi bir insan kimi var edir. Polad Həşimov adına 6 c sinif şagirdləri də bu dəyərlərlə böyüyən gələcəkdir. Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarova ilə birgə hazırladıqları ”Dəyərlərə hörmət” adlı təqdimatda onların milli köklərimizə necə bağlı olduqları sərgiləndi.