31.03.2017-ci il tarixində V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin direktoru Gülşən xanım Əliyeva X sinif şagirdlərinin valideyinləri ilə görüş keçirdi. Görüşdə son günlərdə X sinif şagirdləri ilə fənlər üzrə keçirilən monitorinqin nəticələri valideynlərin nəzərinə çatdırıldı, tədris ilinin sonunadək X sinif şagirdləri ilə aparılacaq işlər barədə valideynlərə məlumat verildi. Məktəb rəhbərliyi tərəfindən təhsildə keyfiyyət göstəricilərinin daha da yüksəldilməsi üçün valideynlərin məktəblə sıx əlaqədə olmalarının vacibliyini vurğuladı.