“31 Mart Soyqırımı” ilə əlaqədar olaraq "Dəyirmi masa"

31.03.2017-ci il tarixində V.Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin tarix müəllimi İsmayılzadə Gülşən “31 Mart Soyqırımı” ilə əlaqədar olaraq "Dəyirmi masa" təşkil etdi. Dərs Azərbaycan Respublikasının Dövlət Himni ilə açıldı. Soyqırımı qurbanları bir dəqiqəlik sükutla yad edildi. İsmayılzadə Gülşən Mart hadisələri barədə ətraflı məlumat verdi, slaydlar nümayiş etdirdi. VIIIə sinif şagirdləri topladıqları məlumatlarla çıxış etdilər. Hər bir şagird mənfur düşmənə sonsuz nifrətini bildirdi. Şagirdlərdən Dosiyev Cahid çıxışında bildirdi ki, indi bizim güclü, düşmənə öz sözünü deyə bilən ordumuz, Ali Baş Komandanımız İlham Əliyev var. Hər bir vətənpərvər gənc Komandanın əmrini gözləyir, Vətən yolunda şəhid olmağı ən böyük xoşbəxtlik hesab edir. Kövrək notlarla başlayan tədbir nikbin notlarla başa çatdı.