“Sağlam həyat naminə narkomaniyaya yox deyək” mövzusunda tədbir

Məktəbdə 12 Addım reabilitasiya mərkəzinin əməkdaşlarının iştirakı ilə “Narkotiklər və zərərli vərdişlərə yox” deyək mövzusunda tədbir keçirildi. Burda əsas məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək olub. Tədbirdə çıxış edənlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıblar. Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Gəncləri daha düzgün və uğurlu yola yönləndirmək valideynlərdən və əsasən də müəllimlərdən asılıdır. Tədbirdə narkomaniya və onun fəsadlarından, insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən video-çarx nümayiş olunub.