İnformatika müəllimi tərəfindən "Dəyirmi masa" keçirildi
Bu gün məktəbimizdəki “İnformasiyalaşmış cəmiyyətə doğru” dərnəyi “İnformasiyalaşdırma və cəmiyyətin inkişafı” mövzusunda dəyirmi masa keçirmişdir.Əvvəlcə dərnəyin rəhbəri Nərminə Şirəliyeva bu gün “31 mart – Azərbaycanlıların Soyqırımı Günü” olduğunu xatırlatdı. Şagirdlər bu gün haqqında məlumat verdilər.Sonra dərnək üzvləri həyatımızda İKT-nin rolu haqqında öz fikirlərini bölüşdürdülər. Sənaye cəmiyyətindən informasiyalaşmış cəmiyyətə keçidin labüdlüyünü, mərhələlərini özlərinə məxsus tərzdə təhlil etdilər.