“Zərərli vərdişlərə yox deyək” mövzusunda “Acıq dərs”
Məktəbin biologiya müəllimi Firuzə Əliyeva 8 b sinifində “Zərərli vərdişlərə yox deyək” mövzusunda “Acıq dərs” keçirtdi. Dərsdə cəmiyyətimizin ən ağır bəlalarından narkomaniya və akoqolizm, həmçinin gənclərin son zamanlar daha çox meyl göstərdiyi siqaret kimi zərərli vərdişlərdən danışıldı. Qeyd olundu ki, bu vərdişlər əsrin bəlasına çevrilib. Gənclərimiz zərərli vərdişlərin orqanizmə olan ziyanı barəsində maariflənməli və digər yoldaşlarına da məlumat verməlidirlər. Çünki, sağlam gənclik, sağlam zəka “Gələcək Azərbaycan“ deməkdir.