5 c sinif şagirdləri Aprel şəhidi-Müşfiq Orucovun məzarını ziyarət etdilər.

Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı, tariximizə şanlı səhifə kimi yazıldı. Bu zəfər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi, dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi.
Bu gün Aprel şəhidi-Müşfiq Orucovun anım günüdür. Bu məqsədlə məktəbdə şəhidin anım gününə həsr olunmuş tədbir keçirildi, sonra 5 c sinif şagirdləri tarix müəllimi Aksana Usubaliyeva ilə birgə şəhidin məzarını ziyarət etdilər.
Şəhidimiz Müşfiq Orucov 700 balla Azərbaycan Texniki Universitetinin Avtomatika və Kompyuter Texnikası fakultəsinə daxil olub. Valideynləri ilə son dəfə 2016-cı ilin yanvar ayında görüşüb. Hövsan qəsəbəsində yerləşən Dədə Qorqud qəbirsanlığında torpağa tapşırılıb. Müşfiq Orucov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.