2 c sinfinin Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiyası

    Dünya uşaq ədəbiyyatı uşaqların qəlbində nəcib hisslər oyadan, onların gələcəyi haqqında gözəl və ümidli arzularına qanad verən bir ədəbiyyat sahəsidir. Uşaq ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan H.Andersonun doğum gününün şərəfinə hər il dünyada 2 Aprel -Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur. Məhz bu günü qeyd etmək üçün məktəbin ibtidai sinif müəllimi Könül Bədəlova tədris etdiyi 2c sinfi ilə Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına üz tutublar.Uşaqlar "Nağıl otağında" ən gözəl cizgi filmlərini maraqla izlədilər, kitabxanada təşkil olunan sərgiyə baxış keçirdilər. Daha sonra Azərbaycanın uşaq ədəbiyyatına ən gözəl töhvələrini verən yazıçılar Reyhan Yusifqızı, Zahirə Cabir, Mehriban Nağıyeva ilə görüş keçirdilər. Görüşdə edilən maraqlı, şirin söhbətlər şagirdlərin böyük marağına səbəb oldu .Sonda uşaqlar üçün belə zəngin mənəvi zövq verən günün işığına yığışdıqlarına görə, maarifləndirici görüşə dəvət etdiklərinə görə Könül müəllimə kitabxana kollektivinə məktəb rəhbərliyi adından təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi