2 Aprel Beynəlxalq Uşaq Kitabı günüdür.

    2 Aprel Beynəlxalq Uşaq Kitabı günüdür. Bu əlamətdar tarix məşhur nağılçi Hans Xristian Andersonun doğum gününə təsadüf edir. Beynəlxalq uşaq kitabı günün məhz bu gün qeyd olunmasını alman yazıçısı Yella Lepman istəyib. Hər il bütün dünyanın bu günu qeyd etməsində məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına,onun problemlərinə və kitab mədəniyyətinə cəlb etməkdir. Məktəbin kitabxanasında 4 ə sinfinin rəhbəri Nailə Həsənova və şagirdləri ilə birlikdə bu gün qeyd olunub. Kitabxana müdiri Nuridə Quliyeva bu gününün tarixi və əhəmiyyəti haqqında məlumat verdi. Kitabxanaçi Nəcibə Əlili şagirdləri yeni uşaq kitabları ilə tanış etdi. Şagirdlər də öz növbəsində fikirlərini bildirdilər. Tədbir şagirdlərin marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi