"Ana dilimizi sevək, sevdirək" adlı tədbir

    Dil millətin mənəviyyat bayrağı, milli mənlik və qürurudur. Əsrlərdən, nəsillərdən bizə yadigar qalan, insanı əzəmətli bir qüvvə kimi özünə çəkən dilimizi sevmək, onun sağlığını, müqəddəsliyini göz bəbəyi kimi qoruyub saxlamaq hər birimizin borcudur. Bu amalı əsas tutaraq məktəbin ibtidai sinif müəllimi Könül Bədəlova tədris etdiyi 2c sinfində "Ana dilimizi sevək, sevdirək" adlı tədbir keçirdi. Tədbir şagirdlərin rəngarəng çıxışları ilə zəngin oldu. Şagirdlər doğma Ana dilimizlə bağlı şeirlər, aforizmlər söylədilər, mahnılar ifa etdilər, rəqs etdilər. Azərbaycan dilinin qrammatikasının üzərində gərgin əməyi olan dilçi alimlərimizin gördüyü işlər haqqında məlumat verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi