Azərbaycan mətbuatının keçdiyi şərəfli yol

    Azərbaycan mətbuatının dünəni və bu gününə nəzər salsaq, böyük inkişafın şahidi oluruq. Bu inkişafda yorulmadan çalışan, xalqımızın maariflənməsi üçün əvəzsiz xidmətləri olan şəxsiyyətlər var. Və onların işi, səyi və cəsarəti hər bir azərbaycanlı üçün məktəbdir. 10 d sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarova ilə birgə Azərbaycan mətbuatının keçdiyi şərəfli yola nəzər saldılar. Qəzet və jurnallarda, radio və televiziya kanallarında toxunulan problemlərin aktuallığından danışan şagirdlər hazırkı mətbuatın oxşar və fərqli cəhətlərini, eləcə də rast gəldikləri nöqsanlar barədə fikir mübadiləsi etdilər. Sonda mətbuatda gedən prosesləri daim  diqqət mərkəzində saxlamaqla “Qəzet oxuyaq, o bizə dünyanı tanıdacaq” şüarı səsləndi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi