Psixoprofilaktik və maarifləndirici iş

İmtahanın cəmiyyət tərəfindən ölüm qalım məsələsi kimi qavranılması və ona həyatın mənası kimi yüklənən anlam abituriyentlərdə həyəcan, stress faktorunu aktuallaşdırır. Həyəcan öyrənilən biliklərin imtahan zamanı effektiv şəkildə istifadə edilməsini əngəlləyən və uğur faizinin aşağı düşməsinə səbəb olan faktor kimi dəyərləndirilir. Şagirdlərin imtahan zamanı həyəcanını idarə edə bilməsi, maksimum nəticə əldə edə bilməsi məqsədi ilə məktəbin psixoloqu Nurlanna Əhmədova 9 cu sinif şagirdləri ilə psixoprofilaktik və maarifləndirici iş təşkil etdi.