“Ana dilim-Varlığımın rəmzidir”adlı "Dəyirmi masa"

    Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nərmin Novruzlunun təşkilatçılığı və 5e sinif şagirdlərinin iştirakı ilə "Beynəlxalq Ana Dili Günü"nə həsr olunmuş “Ana dilim-Varlığımın rəmzidir”adlı "Dəyirmi masa" təşkil olundu.
    Azərbaycançılıq ideaları, milli mənəvi dəyərləri təbliğ etmək ana dilinə  məhəbbət hissi  aşılamaq məqsədi ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbirdə  dilin qorunması və onun gələcək nəsillərə ötürülməsinin vacibliyini əks etdirən qısa səhnəciklər təqdim edildi. İstedadlı şagirdlərin Səməd Vurğunun “Vaqif“dramından  hazırlanmış səhnəsi insanın ürəyini titrədirdi. Şagirdlər ana dilinin gözəlliyini və gücünü nümayiş etdirmək üçün  şairlərin şeirlərini səsləndirdilər, mahnılar ifa etdilər. 
    Daha sonra ana dilinin tarixini və inkişafını göstərən video çarxlar nümayiş etdirildi. Bu, şagirdlərə dilin keçmişdən bu günə qədər necə inkişaf etdiyini, onun qorunmasının nə qədər vacib olduğunu anlatmağa kömək edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi