Memorial Soyqırım Muzeyinə ekskursiya

    Tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə XX əsrin sonlarında Xocalıda üzləşdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. O müdhiş gecədən 33 il keçir. O gecə xocalılıların ürəklərinə nəinki 33 il, hətta əsrlər keçsə belə sönməyən od vuruldu. Ana-baladan, bacı-qardaşdan ayrı düşdü. Düşmən yalquzaq tək qocaya, xəstəyə, qadına, körpəyə aman vermədi. Uşaqları valideynlərinin, valideynləri övladlarının gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirmişdilər.

    Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı" və "Xocalı faciəsi" kimi, digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun inzibati binasında Xocalı faciəsinə həsr olunmuş Memorial Soyqırım Muzeyi yaradılmışdır.

    Xocalı faciəsinin 33 cü il dönümü ilə əlaqədar olaraq məktəbin bir qurup şagirdi Memorial Soyqırım Muzeyinə ziyarət etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi